Bakı 27˚C Mostly sunny

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısında iştirak edəcək

Siyasət 19:30 07 yan, 2022

Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısında iştirak edəcək

Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.

Bu barədə Qazet.az Azərbaycan XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək.