Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik etdi
Gündəm
18:15 10 okt, 2022
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib.
Qazet.az xəbər verir ki, nazir bu barədə rəsmi “Twitter“ hesabında qeyd edib.
"Gələcəkdə də bu uğurların davamının gələcəyinə səmimi qəlbdən inanırıq”, - nazir əlavə edib.
Qeyd edək ki, Türkiyə yığması 2022 Ampute Futbol Dünya kubokunda qalib olub.
2022 Ampute Futbol Dünya Kubokunda finalda qalib gələn #Türkiye Ampute Futbol Milli Komandasını bu uğur münasibəti ilə təbrik edirik. Gələcəkdə də bu uğurların davamının gələcəyinə səmimi qəlbdən inanırıq. pic.twitter.com/qmtxlhH5b7
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 10, 2022