Bakı 5˚C Showers

Ceyhun Bayramov Türkiyə XİN başçısının müavinini qəbul edib

Siyasət 14:39 13 sen, 2021

Azərbaycan XİN başçısı Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakcının

Ceyhun Bayramov Türkiyə XİN başçısının müavinini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qazet.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb.

Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini Faruk Kaymakçı nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.