Bakı 5˚C Intermittent clouds

Ceyhun Bayramov: "Xankəndinə qanunsuz səfər edən fransalı deputatlar sülh quruculuğu səylərinə xələl gətirirlər"

Gündəm 20:00 16 sen, 2021

Beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar

Ceyhun Bayramov: "Xankəndinə qanunsuz səfər edən fransalı deputatlar sülh quruculuğu səylərinə xələl gətirirlər"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Qazet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.

Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.