Bakı -4˚C Intermittent clouds

Ceyhun Bayramovdan Ermənistana SƏRT XƏBƏRDARLIQ: “Cavab verəcəyik”

Siyasət 17:13 17 noy, 2021

Ceyhun Bayramov Ermənistanın son təxribatı barədə “Anadolu” agentliyinə açıqlama verib

Ceyhun Bayramovdan Ermənistana <span style="color:red">SƏRT XƏBƏRDARLIQ: “Cavab verəcəyik”</span>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı son təxribatı barədə “Anadolu” agentliyinə açıqlama verib.

Qazet.az-ın məlumaına görə, o, regionda sabitliyin və inkişafın təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın konstruktiv mesajlarını xatırladıb.

“İki liderin bu mesajları son dərəcə vacibdir. Ermənistanın sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş bu mesajlara necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə İrəvan administrasiyasından asılıdır. Bu, indi Ermənistan siyasətinin üzərinə düşən məsələdir. Ümid edirik ki, bu, düzgün seçimdir.

Təəssüf ki, biz hələ də Ermənistanın revanşist bəyanatlarının şahidi oluruq. Hələ də torpaq iddiaları ilə bağlı açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli bəyanatlardır. Biz erməni siyasətçiləri daha ağıllı və daha məsuliyyətli hərəkət etməyə çağırırıq.

Əgər hiss etsək ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməyib, Azərbaycana qarşı hansısa təhlükəli addım atarsa, biz cavab verəcəyik. Bizim seçimimiz regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin edilməsidir”, - deyə o qeyd edib.