Ceyhun Bayramovla Donfrid arasında telefon danışığı
Siyasət
09:53 11 yan, 2023
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun "tviter"ində yazılıb.
Bildirilib ki, o, həmçinin Ermənistan XİN başçısı Ararat Mirzoyanla danışıb.
Tərəflər Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə ediblər.
Assistant Secretary Donfried urged @AraratMirzoyan and @Bayramov_Jeyhun to immediately engage to find a diplomatic solution to enable movement of goods through the Lachin Corridor. She encouraged both Ministers to re-engage in the process of reaching an enduring peace.
— DoS Europe and Eurasia (@StateEUR) January 11, 2023