Bakı 28˚C Intermittent clouds

Ceyhun Bayramovla Mirzoyan arasında görüş başa çatdı

Siyasət 16:33 16 iyl, 2022

XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib

Ceyhun Bayramovla Mirzoyan arasında görüş başa çatdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüş başa çatıb.

XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub.

*** 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Qazet.az xəbər verir ki, görüş Tiflisdə keçirilir.