Bakı 4˚C Intermittent clouds

"Ceyms Bond" filmləri 60 yaşında

Maraqlı 13:05 11 okt, 2022
"Ceyms Bond" filmləri 60 yaşında

İstənilən yaş təbəqəsinin sevərək izlədiyi "Ceyms Bond 007" filmləri 60 yaşını qeyd edir.

Qazet.az-ın araşdırmasına görə, ilk dəfə 1962-ci ildə çəkilişinə başlanılan filmin sonuncusu 2021-ci ildə yayımlanıb.

Ümumilikdə 25 seriyadan olan filmlər seriyası britaniyalı yazıçı Yen Fleminqin "Ceyms Bond" romanları adı altında 1953-cü ildə çap olunan bir məhsuldur.

Buradakı xarakter Britaniya "Mİ6" agentidir. 007 nömrəli kodunu daşıdığına görə onu filmlərdə "Bond 007", "007" "Agent 007" kimi də çağırırlar. 

1962-ci ildə çəkilən ilk filmin adı "Həkim yox" (Dr. No), 2021-ci ildə yayımlanan sonuncu filmin adı isə "Ölmək vaxtı deyil" (No Time to Die) adlanır.

Qeyd edək ki, sonuncu seriyanın premyerası 2020-ci ildə nəzərdə tutulsa da, pandemiya səbəbindən bu film 1 il gec yayımlandı. 

Ümumilikdə "Ceyms Bond" filmləri 6 dəfə müxtəlif kateqoriyalarda "Oskar" mükafatına layiq görülüb. 

1962-ci ildə çəkilən ilk filmdə Bond obrazını Şon Konneri ifa etsə də, 21-ci əsrdə çəkilən son 5 filmdə Daniel Kreyq Bond obrazını məharətlə canlandıraraq tamaşaçıların rəğbətini qazanıb.