Bakı 22˚C Sunny

Ciddi qüsur: "Tesla" 475 min avtomobilini geri çağırır

Biznes 21:32 30 dek, 2021

Qeyd edək ki, şirkət bütün qüsurların ödənişsiz şəkildə bərpa olunacağını bildirib.

Ciddi qüsur: "Tesla" 475 min avtomobilini geri çağırır

Amerikanın “Tesla” kompaniyası 475 min elektromobili qəza riskini artıran texniki qüsur səbəbindən geri çağırıb.

Qazet.az xəbər verir ki, bu barədə “Barron's” nəşri məlumat yayıb.

Bildirilib ki, geri çağırılan elektromobillərin 356 min 309-u 2017-2020-ci illərdə istehsal olunmuş “Model 3”lərdir. Belə ki, bu modellərdə arxa görüntü kamerası baqaj yerinin açılıb-bağlanması səbəbindən zədələnə bilər.

Bundan əlavə, 119 min 009 ədəd “Model S” də geri çağırılıb. 2014-cü ildə istehsal olunan bu modellərdə isə kapotun bağlanılmasında problem qeydə alınıb.

Qeyd edək ki, şirkət bütün qüsurların ödənişsiz şəkildə bərpa olunacağını bildirib.