Bakı 5˚C Dreary

Çilidə deputatlar korrupsiyada şübhəli bilinən Prezidentin impiçmentini dəstəklədi

Gündəm 20:02 09 noy, 2021

“Pandoranın dosyesi”ndəki sənədlərə əsasən korrupsiyada şübhəli bilinən Pinyerayanın impiçmentini 78 deputat dəstəkləyib

Çilidə deputatlar korrupsiyada şübhəli bilinən Prezidentin impiçmentini dəstəklədi

Çili parlamentinin deputatlar palatası ölkə Prezidenti Sebastyan Pinyeranın impiçmentinə səs verib, yekun qərarı Senat verəcək.

Qazet.az xəbər verir ki, bu barədə TASS məlumat paylaşıb

“Pandoranın dosyesi”ndəki sənədlərə əsasən korrupsiyada şübhəli bilinən Pinyerayanın impiçmentini 78 deputat dəstəkləyib (prezidentin istefası ilə bağlı təklifin dəstəklənməsi üçün tələb olunan minimum səs-red.), 67-si buna qarşı çıxıb, 3-ü bitərəf qalıb.

Qeyd edək ki, Pinyeranın prezident səlahiyyətlərinin müddəti 2022-ci il martın 11-də bitir. Noyabrın 21-də ölkədə yeni dövlət başçısı seçkiləri keçiriləcək.