Bakı 7˚C Showers

Çilidə geoloqlar qəribə yer KƏŞF ETDİLƏR

Maraqlı 16:05 02 avq, 2022

Bu barədə “The Guardian” məlumat yayıb

Çilidə geoloqlar qəribə yer KƏŞF ETDİLƏR

Təxminən 200 m dərinliyində olduğu güman edilən çuxur Kopiapo əyalətinin Tierra Amarilla şəhəri yaxınlığında peyda olub.

Qazet.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Geologiya Agentliyin direktoru David Monteneqro bildirib ki, milli geologiya və mədənçilik xidməti şənbə günü çuxurdan xəbər tutub və əraziyə mütəxəssis heyəti göndərib.
 

Direktor əlavə edib ki, "Biz orada heç bir material aşkar etməmişik, lakin çoxlu suyun olduğunu gördük".

Qeyd edək ki, kəşf edilən çuxur paytaxt Santyaqodan təxminən 665 km (413 mil) şimalda yerləşir.