Bakı 23˚C Mostly sunny

Çilidə prezident və parlament seçkiləri keçirilir

Gündəm 22:34 21 noy, 2021

Hazırkı dövlət başçısı Sebastyan Pinyera seçkilərə qatılmayıb, çünki Konstitusiya ardıcıl iki müddətdən artıq prezident postunu tutmağı qadağan edir.
 

Çilidə prezident və parlament seçkiləri keçirilir

Bu gün Çilidə prezident və parlament seçkiləri keçirilir.
Qazet.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, saat 18.00-a qədər fəaliyyət göstərəcək.
Ölkədə səsvermə hüququna malik 14,5 milyon insan var.
Prezident postuna 7 namizəd iddialıdır. Sosioloji sorğulara əsasən, prezident seçkilərinin əsas favoritləri “Mən ləyaqəti bəyənirəm” koalisiyasının namizədliyini irəli sürdüyü tələbə hərəkatının sabiq lideri Qabriel Borik və Respublika Partiyasının namizədi mühafizəkar Xose Antonio Kastdır.
Namizədlərdən hər hansı birinin ilkin turda qalib gəlməsi üçün səslərin 50 faizindən çoxunu toplaması lazımdır. Əgər namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplamazsa, dekabrın 19-da prezident seçkilərinin ikinci turu keçiriləcək.
Hazırkı dövlət başçısı Sebastyan Pinyera seçkilərə qatılmayıb, çünki Konstitusiya ardıcıl iki müddətdən artıq prezident postunu tutmağı qadağan edir.
Prezident seçkiləri ilə bərabər, çilililər 155 deputat və 43 senatordan 27-ni seçməlidirlər.