Çin 3 ildən sonra qapılarını dünyaya açdı
Gündəm
04:14 09 yan, 2023
Çin COVID-19 pandemiyasının başlamasından sonra həyata keçirilən sərhəd nəzarəti tədbirlərini ləğv edib.
Qazet.az xəbər verir ki, bu gündən başlayaraq Çinə ilk beynəlxalq uçuşlar həyata keçirilib.
3 ildən sonra Çinin şimalda Rusiya, Monqolustan, Qazaxıstan, Myanma, Laos və Vyetnam ilə quru sərhədlərindəki 8 gömrük qapısı vasitəsilə sərnişin və yük daşımaları da bərpa edilib.
Kanadadan Quanqcou şəhərinə, Sinqapurdan Sincana və Yeni Zelandiyadan Şanxay şəhərinə xarici qonaqlar gəlib.