Çin 500 tonluq raket mühərrikini sınaqdan keçirib
Gündəm
12:59 20 okt, 2021
Raket mühərriki uğurla sınaqdan keçirilib

Çinin Kosmik Elm və Texnologiya Korporasiyasının (CASC) mütəxəssisləri dünyanın ən böyük təkanlı monolitik bərk yanacaqlı raket mühərrikini uğurla sınaqdan keçiriblər.
Qazet.az xəbər verir ki, bu barədə korporasiyanın özü məlumat yayıb.
Bildirilir ki, 500 tonluq mühərrikin diametri 3,5 metrdir və müxtəlif qabaqcıl texnologiyalardan istifadə etməklə hazırlanıb.
“Sınaqların uğurlu olması çinli mütəxəssislərin ağır sinif raketlərinin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli olan bərk yanacaqlı raket mühərriklərinin hazırlanmasında irəliləyiş nümayiş etdirir”, - deyə məlumatda deyilir.