Çin atom silahı və Tayvanla bağlı xəbərdarlıq etdi
Çinin Xarici İşlər Nazirliyi Pentaqonun Çinin atom silahı proqramı barəsindəki iddiasını rədd edib
Çin dövləti bugün ABŞ-ın müdafiə nazirliyinin Çin əleyhinə atdığı addımlara və Avropa Parlamenti üzvlərinin Tayvana səfər etməsinə reaksiya verib.
Qazet.az “Sputnik”ə istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi elan edib ki, Amerikada çap olunmuş məlumat “qərəzlə dolu”dur.
Rəsmi Pekin Pentaqonun məlumatının nəşrindən bir gün sonra və Çinin öz atom silahı proqramını möhkəmləndirmək üçün Pekinin təhriklərinin artması barədə iddiasına münasibət bildirib.
Çinin Xarici İşlər Nazirliyi Pentaqonun Çinin atom silahı proqramı barəsindəki iddiasını rədd edib. Çinin Xarici İşlər Nazirliyi bu məlumatı rədd etməklə yanaşı, Pentaqonu bu ölkənin atom fəaliyyətini şişirtməkdə ittiham edib.