Bakı 15˚C Sunny

"Çin cəhdlərini sürətləndirir" - Blinken

Siyasət 09:45 18 okt, 2022
"Çin cəhdlərini sürətləndirir" -  Blinken

ABŞ-ın dövlət katibi Entoni Blinken Çinin Tayvanla birləşmə cəhdlərinin sürətləndiyini bildirib.

Qazet.az xəbər verir ki, Pekin status-kvonun artıq qəbuledilməz olduğuna qərar verdi.

Bazar günü Pekində Kommunist Partiyası Konqresinin açılışında çıxış edən ÇXR sədri Şi Cin Pin, Tayvanla birləşmək üçün güc tətbiq etməkdən imtina etdi.

Çin bu adanı öz ərazisinin bir hissəsi kimi görür.

Keçən ay ABŞ prezidenti Co Bayden ABŞ qüvvələrinin Çinin hücumu halında Tayvanı müdafiə edəcəyini bildirmişdi.