Bakı 15˚C Mostly sunny

Çin “Günəş rəsədxanası”nı orbitə çıxarıb

Gündəm 10:15 10 okt, 2022
Çin “Günəş rəsədxanası”nı orbitə çıxarıb

Çin Aerokosmik Elm və Texnologiyalar Korporasiyası ASO-S adlı qabaqcıl kosmik “Günəş rəsədxanası”nı orbitə uğurla çıxarıb.

Qazet.az xəbər verir ki, buraxılış saat 03:23-də Çinin şimal-qərbində yerləşən Qansu əyalətindəki Jiuquan kosmodromundan həyata keçirilib.

Məlumata görə, ASO-S günəş aktivliyinin 25-ci dövrünün “günəş fırtınası”nı ətraflı qeyd edə biləcək.

Güman edilir ki, rəsədxana günəş partlayışlarının baş verməsini və onların insanlara təsirini vaxtında proqnozlaşdırmaq üçün lazımi məlumatları toplaya biləcək.

Qaynaq