Çin Qarabağdakı vəziyyət barədə danışdı
Siyasət
15:21 08 avq, 2022
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin danışıb
Çin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində və Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə münasibət bildirib.
Qazet.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin danışıb.
O, Ermənistan və Azərbaycanı gərginlikdən qaçmağa çağırıb. “İrəvan və Bakı Pekinin dost tərəfdaşlarıdır. Durum daha da gərginləşmədən, siyasi həll yolunun tapılacağını arzulayırıq”, - o söyləyib.