Çin Ukraynanın səsdən sürətli qanadlı raketini klonlaşdırıb
Yeni raket sistemi HD-1A adlanır və Ukraynanın müdafiə podratçısı “Yujnoye” tərəfindən hazırlanan “Bliskavka” raketinə bənzəyir
Çinin “Guangdong Hongda Blasting” raket istehsalçısı Ukraynanın yeni “Bliskavka” ("Yıldırım") səsdən sürətli qanadlı raketinin konsepsiyasını klonlaşdırıb və yenidən hazırlayıb.
Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Defence Blog” nəşri yazıb.
Guanqçjouda yerləşən şirkət Çjuhaidə keçirilən “Airshow China 2021” sərgisində yeni raket sisteminin maketini təqdim edib.
Yeni raket sistemi HD-1A adlanır və Ukraynanın müdafiə podratçısı “Yujnoye” tərəfindən hazırlanan “Bliskavka” raketinə bənzəyir.
HD-1A-nın həm quru, həm də dəniz hədəflərinə çoxməqsədli zərbələr endirmək üçün hazırlanıb və sahil müdafiəsi də daxil olmaqla dəqiq zərbələr və atəş dəstəyi təmin edə bilən səsdən sürətli qanadlı raket sistemidir.
“Bliskavka” ölkənin Su-27 və Su-24 döyüş təyyarələri tərəfindən daşınması üçün hazırlanıb. Raketlərə yüksək partlayıcı və zireh deşici başlıqlar quraşdırıla bilər və maksimum sürəti saatda 2000-2500 kilometrdir.