Çin və Hindistan Ukrayna ilə bağlı bəyanat yaydı
Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid etməkdən çəkinən Çin və Hindistan oktyabrın 10- da Ukraynaya kütləvi raket hücumundan sonra gərginliyi azaltmağa və dialoqa çağırıblar.
Qazet.az xəbər verir ki, bu barədə The New York Times xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat brifinqində deyib ki, “bütün ölkələr öz suverenliyinə və ərazi bütövlüyünə hörmətə layiqdirlər”. O əlavə edib ki, "böhranın sülh yolu ilə həllinə töhfə verən bütün səyləri dəstəkləmək lazımdır".
Öz növbəsində Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi bildirib ki, Yeni Dehli hərbi əməliyyatların dayandırılması səylərinə dəstək verəcək.
“Hindistan Ukraynada münaqişənin genişlənməsindən, o cümlədən infrastruktura hücumlar və mülki əhalinin ölümündən dərin narahatdır”, - Bağçi bildirib.