Bakı 2˚C Mostly cloudy

Çin Xalq Respublikasının Sədri ABŞ ilə münasibətlərindən danışdı

Gündəm 17:10 10 noy, 2021

Məlumatlı mənbənin bildirdiyinə görə gələn həftə Co Bayden və Si Cinpinin görüşü gözlənilir.

Çin Xalq Respublikasının Sədri ABŞ ilə münasibətlərindən danışdı

Çin Xalq Respublikasının Sədri Si Cinpin Amerika ilə ölkəsinin münasibətləri barədə danışıb.

Si Cinpin iki ölkə arasında fikir ayrılığının həlli üçün ABŞ ilə dialoqa hazır olduğunu bildirib. O, əlavə edib ki, Çin regional və qlobal problemlər ətrafında ABŞ ilə əməkdaşlığa hazırdır.

 Çin Xalq Respublikasının Sədri danışıqlar yolu ilə ABŞ hökuməti ilə olan fikir ayrılıqlarını uyğun şəkildə həll etmək niyyətində olduğunu bildirib.

“Reuters”in məlumatına görə Si Cinpinin məktubu bu ölkənin Vaşinqtondakı səfiri vasitəsilə rəsmi orqanlara çatdırılıb.