Bakı 4˚C Windy

Cinayət törədən erməni hərbçilərinin cəzalandırılmaları üçün tədbirlər görülür - RƏSMİ

Gündəm 14:00 17 noy, 2021

Bildirilib ki, hazırda sübütların toplanılması həyata keçirilir

Cinayət törədən erməni hərbçilərinin cəzalandırılmaları üçün tədbirlər görülür - <span style="color:red">RƏSMİ</span>

"Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır".

Bu barədə Qazet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda sübütların toplanılması həyata keçirilir.

Qeyd edək ki, Baş Prokurorluqda Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı cinayət işi açılıb.