Bakı 14˚C Mostly cloudy

Çində ağır yol qəzasında 17 nəfər ölüb

Xəbərlər 09:28 08 yan, 2023
Çində ağır yol qəzasında 17 nəfər ölüb

Çinin şərqindəki Tszyansi əyalətində yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 17 nəfər ölüb.

Qazet.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, yol qəzasında xəsarət alan 22 nəfər tibb müəssisələrinə yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.