Çində gəmi qəzası - Ölənlər var
Gündəm
22:12 19 sen, 2021
İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.
Çinin Canke çayında sərnişin gəmisinin aşması nəticəsində 10 nəfər ölüb.
Qazet.az xəbər verir ki, qəzadan sonra hadisə yerinə cəlb olunan xilasedicilər 39 nəfəri çaydan çıxara biliblər. Buna baxmayaraq, onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin sağlamlıq vəziyyəti kafi qiymətləndirilir.
İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.