Çində koronavirusun yeni ocağı aşkarlandı
Cəmiyyət
11:44 12 sen, 2021
Ölkədə son sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib
![Çində koronavirusun yeni ocağı aşkarlandı](https://qazet.az/resized/fit900x500/center/pages/24932/1585488f-afb0-480e-911b-ce46be6405ff.jpeg)
Çinin şərqindəki Fuzyan əyalətində COVID-19-un yeni yoluxma episentri aşkarlanıb.
Bu barədə ölkənin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.
Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb. Ölkədə son sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.