Çində partlayış nəticəsində 100-ə yaxın binaya ziyan dəyib
Gündəm
11:38 24 okt, 2021
Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərində yerləşən restoranların birində baş verən partlayış nəticəsində azı 100 binaya ziyan dəyib

Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərində yerləşən restoranların birində baş verən partlayış nəticəsində azı 100 binaya ziyan dəyib.
Qazet.az xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.
Yerli hakimiyyət orqanları dörd nəfərin həyatına son qoyan fövqəladə vəziyyətin dəqiq səbəbini hələ müəyyənləşdirə bilməyib.
Partlayışın 1800-dən çox ailəyə və 100-ə yaxın mağazanın sahibinə ziyan vurduğu təxmin edilir. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.