Bakı 18˚C Mostly sunny

Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

Biznes 13:54 06 dek, 2021

 Saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir

Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - <span style="color:red">VİDEO</span>

Çin istehsalı olan üç ədəd sürücüsüz avtobus kommersiya sınaqları üçün fəaliyyətə başlayıb.

Qazet.az xəbər verir ki, ölkənin texnologiya nəhəngi “Baidu” tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom sistemlə təchiz edilən avtobusların sınaqları ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində keçirilir.

Bildirilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Özüdayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Avtobuslardan istifadə etmək istəyənlər smart kartlardan və ya “Baidu” tərəfindən hazırlanmış kart oxuyucularından ödəniş edərək avtobuslara minə bilərlər.