Çində torpaq sürüşməsi - azı 10 nəfər itkin düşüb
Gündəm
14:27 26 sen, 2021
Çində torpaq sürüşməsi nəticəsində azı 10 nəfər itkin düşüb

Çinin Sıçuan əyalətində torpaq sürüşməsi baş verib.
Qazet.az bildirir ki, report-un məlumatına görə, bu barədə CGTN telekanalı xəbər yayıb.
Məlumata görə, təbii hadisə zamanı azı 10 nəfər itkin düşüb.
Telekanal bildirib ki, torpaq sürüşməsi Tyançyuan əyalətində leysan yağışları səbəbindən baş verib.
Hazırda xilasetmə əməliyyatı aparılır.