Çindən Finlandiyaya gedən ilk blok qatarı Bakı limanına çatdı
Gündəm
16:50 27 may, 2022
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”

Çinin Tuanjiecun dəmir yolu stansiyasından Finlandiyaya göndərilən ilk blok qatarı Bakı Limanına çatıb.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu blok qatarın yüklərinin ilk partiyası “Ağdam” və “Naxçıvan” gəmisilə Bakı Limanına çatdırılıb.