Çinin ən yaşlı sakini öldü
Gündəm
19:25 18 dek, 2021
Qadının 136 yaşı var idi

Çinin Sintszyan-Uyğur muxtar rayonunda ölkənin ən yaşlı sakini vəfat edib.
Qazet.az Trend-ə istinadən xəbər verir ki, Alimixan Seyti adlı qadın 136 yaşında ölüb.
Onun son illərədək fəal həyat tərzi sürdüyü, ev təsərrüfatı ilə məşğul olduğu bildirilib.
Qeyd olunur ki, A.Seytinin yaşadığı Kumuşerik qəsəbəsində yaşı 90-dan çox olan insanların sayı çoxdur.