Cərrahların 12 yaşlı uşağın bədənindən çıxardığı predmet-FOTO
Maraqlı
23:07 06 yan, 2023
Longquanyi Rayon Birinci Xalq Xəstəxanasının çinli cərrahları 12 yaşlı oğlanın sidik kanalına ilişmiş termometri çıxararaq əməliyyat ediblər. Baş verən hadisə "Asian Journal of Surgery" jurnalında dərc olunub.
Qazet.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, doqquz saat sonra uşaq ağrıya dözə bilməyib və baş verənləri valideynlərinə danışıb. Termometri çıxarmaq üçün cərrahiyyə əməliyyatı tələb olunurdu, ona görə də həkimlər birbaşa sidik kisəsinə çatmaq üçün qarın boşluğunda kiçik bir deşik açmalı olublar.
Əməliyyat uğurlu həyata keçirilib, lakin gələcəkdə hər hansı fəsadların olub-olmayacağı açıqlanmayıb.
Qaynaq