Çip böhranına görə ötən ay dünyanın ən böyük avtomobil bazarında satışlar 14 % azalıb
Bu, yarımkeçiricilərin qlobal defisitinin sektorun istehsal imkanlarını məhdudlaşdırması ilə əlaqədardır
Bu ilin oktyabr ayında dünyanın ən iri avtomobil bazarı Çində minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % azalaq 1,72 milyon ədəd olub.
Qazet.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Çinin Sərnişin Avtomobilləri Assosiasiyasının (China Passenger Car Association, CPCA) məlumatına görə, bazarın kiçilməsi 5-ci aydır ki, davam edir. Bu, yarımkeçiricilərin qlobal defisitinin sektorun istehsal imkanlarını məhdudlaşdırması ilə əlaqədardır.
CPCA ilin sonuna kimi yeni minik avtomobillərin satışının (zavodlar və diller mərkəzləri tərəfindən) 5 % artacağını proqnozlaşdırır. Bu gözləntiyə istehlak xərclərini stimullaşdırmaq üçün dövlət dəstəyinin artırılması səbəb olub. Assosiasiyada həmçinin çip böhranının ən azı gələn ilin əvvəlinə kimi davam edəcəyi hesab edilir.
Həmçinin bildirilir ki, bu ilin son 2 ayında iqtisadi inkişafı ləngidən amillər, avtomobil ehtiyatının kifayət qədər olmaması satışın stimullaşdırmasını məhdudlaşdıracaq. Bu, tələbin gələn ilə ötürülməsinə kömək edəcək.
Ötən ay “Volkswagen AG”nin Çindəki satışları keçən illə müqayisədə 40,8 %, “General Motors”un satışları 32,4 %, “Nissan Motor”un satışları 22 %, “Toyota Motor”un satışları 19,2 %, “Honda Motor”un satışları isə 17,9 % azalıb. Eyni zamanda hesabat ayında yeni enerji mənbələrində işləyən avtomobillərin əsasən elektomobillərin satışları iki dəfədən çox artaraq 321 min ədədə çatıb. ABŞ-ın “Tesla” şikrəti ötən ay Çində istehsal etdiyi 54,4 min elektromobil satıb ki, onların da 85,8 %-i başqa bazarlara ixrac edilib. Onun çinli rəqibi “BYD”nin isə oktyabrda satışları 3 dəfədən çox artaraq 80 min ədədi keçib.