Bakı 1˚C Cloudy

Çiplərin satışı rekordu təzələyib

Biznes 14:35 11 noy, 2021

Bu il dünyada çiplərin satışı 27.6% artaraq 144 milyard dollara çatıb

Çiplərin satışı rekordu təzələyib

Bu ilin III rübündə dünya üzrə yarımkeçiricilərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% artaraq 144,8 mlrd. ABŞ dollar olub.

Qazet.az Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin II rübü ilə müqayisədə artım 7,4% təşkil edib.

Sentyabr ayı da daxil olmaqla, çip satışı illik ifadədə 27,6%, ayda isə 2,2% artaraq 48,28 mlrd. dollara çatıb. Sentyabrda Şimali və Cənubi Amerika regionunda mikroprosessor satışı ötən ilin eyni ayına nisbətən 33,5%, Avropada 32,3%, Yaponiyada 24,5%, Çində 24%, Asiya-Sakit okean və digər regionlarda 27,2% artıb.

Bu ilin avqust ayı ilə müqayisədə isə çiplərin satışı Şimali və Cənubi Amerikada 3,9%, Avropa və Yaponiyada 2%, Çində 1,5%, Asiya-Sakit okean regionunda 1,9% artıb.

Qeyd edək ki, SIA yarımkeçirici sənayesinin Amerika nümayəndələrinin təxminən 98%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 65%-ni təmsil edir.

Mənbə