ÇL-də həftənin ən yaxşısı iranlı oldu
İdman
18:00 27 okt, 2022
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Qazet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Portu"nun hücumçusu Mehdi Taremi layiq görülüb.
30 yaşlı iranlı forvard səsvermədə Portuqaliya "Benfika"sından Rafa Silvanı, Fransa PSJ-sindən Lionel Messini və "Napoli"dən Covanni Simeoneni geridə qoyub.
Qeyd edək ki, Mehdi Taremi Belçikada "Brüj"ü 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.