ÇL-in bu oyununda bir dəqiqəlik sükut olacaq
İdman
09:45 11 okt, 2022
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Seltik" (Şotlandiya) - "Layptsiq" (Almaniya) görüşü 1 dəqiqəlik sükutla başlayacaq.
Qazet.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 1 dəqiqəlik sükutla İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək.
Oktyabrın 9-da olan partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.