ÇL qrup matçını qadın hakim idarə edəcək
İdman
16:55 31 okt, 2022
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Real" - "Seltik" oyununun baş hakimi açıqlanıb.
Qazet.az xəbər verir ki, görüşü fransalı qadın referi Stefani Frappar idarə edəcək.
Tarixdə ilk dəfə "Real"ın oyununa qadın baş hakim təyin olunub.
Xatırladaq ki, 38 yaşlı Frappar bu mövsüm Liqa 1-də 6, Avropa Liqasında isə 2 matçda hakimlik edib.
Həmin oyunda VAR hakimləri Benoy Millo (Fransa) və Massimilyano İrratti (İtaliya) olacaq.
Xatırladaq ki, noyabrın 2-si Madriddə keçiriləcək "Real" - "Seltik" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.