Bakı 5˚C Showers

CNN: Baydenin ofisindəki gizli materiallarda Ukrayna ilə bağlı kəşfiyyat məlumatları tapılıb

Gündəm 01:28 11 yan, 2023
CNN: Baydenin ofisindəki gizli materiallarda Ukrayna ilə bağlı kəşfiyyat məlumatları tapılıb

Vaşinqtonda Diplomatiya və Qlobal Münaqişə Mərkəzinin binasında tapılan vitse-prezident Co Baydenə aid gizli sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları tapılıb.

Qazet.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Sənədlər 2013-2016-cı illərə aiddir. Tapılan sənədlərdə "ABŞ kəşfiyyatı, Ukrayna, İran, Böyük Britaniya ilə bağlı brifinq materialları" olub. 

Bu materiallar noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Baydenin etibarlı şəxsləri tərəfindən tapılıb. Ağ Evin məlumatına görə, onlar dərhal Milli Arxivə təhvil verilib. Media bu vəziyyəti keçmiş prezident Donald Trampın Mar-a-Laqodakı malikanəsində axtarışların tarixi ilə müqayisə etməyə başlayıb.

ABŞ qanunlarına görə, məxfi sənədlər qorunmaq üçün Milli Arxivə təhvil verilməlidir.

Baydenin ofisində tapılan məxfi sənədlərlə bağlı vəziyyət fonunda Tramp FTB-ni prezidentin evində axtarış aparmağa çağırıb.

Qaynaq