Bakı 5˚C Mostly cloudy

CNN: Cim Kerri də Twitter-i tərk etdi

Gündəm 19:47 30 noy, 2022
CNN: Cim Kerri də Twitter-i tərk etdi

Hollivud ikonalarından olan komediya aktyoru Cim Kerri Twitter sosial şəbəkəsini tərk etdiyini açıqlayıb.

Qazet.az 
CNN-ə istinadən xəbər verir ki, milyarder iş adamı İlon Mask Twitter-i aldıqdan sonra bir çox məşhur adlar platforma ilə vidalaşdıqlarını açıqladı. Nəhayət, Twitter-dən ayrılan məşhur adlara Cim Kerri də qoşuldu.

Aktyor "Twitter" hesabını silməsinə səbəb kimi birbaşa İlon Maskı göstərməyib və səbəbini açıqlamayıb.
 

Kerri açıqlamasında "Twitter"-dən ayrılıram, amma etdiyim qısa animasiyanı dostum Cimmi Hayvardla bölüşmək istədim" - deyib.