Bakı 5˚C Showers

Co Bayden və Yaponiyanın baş naziri arasında görüş olacaq

Gündəm 01:52 12 yan, 2023
Co Bayden və Yaponiyanın baş naziri arasında görüş olacaq

ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida yanvarın 13-də Ağ Evdə keçiriləcək danışıqlarda birgə təhlükəsizlik, qlobal iqtisadi problemlər, texnologiya və ixraca nəzarəti müzakirə edəcəklər.

Qazet.az bildirir ki, bu barədə "Reuters" agentliyinə Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

Onun sözlərinə görə, görüş zamanı yarımkeçiricilərin Çinə ixracına nəzarət məsələsi müzakirə olunacaq. O əlavə edib ki, ABŞ bu məsələdə Yaponiya ilə sıx əməkdaşlıq edir və onların da bu məsələdə oxşar mövqeyə malik olduqlarını hesab edir.

"Texnologiyalar və öz güclü tərəflərimizi qoruyub saxlamağın və bunun üçün lazımi nəzarət və təminatlara malik olduğumuzdan əmin olmağın vacibliyi müzakirə olunacaq", - deyə Vaşinqton administrasiyasının rəsmisi qeyd edib.