Coğrafiyanın müasir problemlərinə həsr edilmiş konfrans keçiriləcək
Gündəm
11:55 25 noy, 2022
Noyabrın 29-30-da Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyasi” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
İnstitutdan Qazet.az-a bildirilib ki, tədbir Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Türkiyənin Bursa Uludağ Universiteti, Qırğızıstan Təhsil Akademiyası, Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutu, Moldovanın Tiraspol Dövlət Universiteti və Təbriz Universitetinin təşkilatçılığı ilə reallaşacaq.