Bakı 6˚C Windy

Conson və Bayden Çin və Rusiyaya qarşı birləşdilər

Siyasət 13:25 22 sen, 2021

ABŞ prezidenti Bayden İngiltərənin baş nazirini daha əvvəl bu zirvəyə dəvət etmişdi

Conson və Bayden Çin və Rusiyaya qarşı birləşdilər

Böyük Britaniyanın Baş naziri Boris Conson və Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Rusiya və Çinə yanaşmanın həm Londonun, həm də Vaşinqtonun ortaq dəyərlərinə əsaslanmalı olduğunu qəbul ediblər.

Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.

Açıqlamaya görə, iki lider bir neçə beynəlxalq mövzunu və bunların arasında yer alan Çin və Rusiyanı müzakirə edib. Sonda isə bu məsələləri ortaq dəyərlərə əsaslanaraq davam etdirmək barədə razılığa gəldiklərini bildiriblər. Conson 9-10 dekabr 2021-ci il tarixlərində keçiriləcək Demokratiya Zirvəsini səbirsizliklə gözlədiyini də sözlərinə əlavə edib. ABŞ prezidenti Bayden İngiltərənin baş nazirini daha əvvəl bu zirvəyə dəvət etmişdi.

Zirvə görüşü videokonfrans vasitəsi ilə keçiriləcək və üç məsələ - korrupsiyaya qarşı mübarizə, totalitarizmdən qorunma və insan hüquqlarına hörmət kimi mövzular müzakirə ediləcək. 

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.