Conson yeni Baş Naziri təbrik etdi
Boris Conson yeni Baş nazir Liz Trassı təbrik edib
Qazet.az xəbər verir ki, bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb.
Boris Conson yeni Baş naziri həlledici qələbə münasibətilə təbrik edib: “Bilirəm ki, o, yaşayış böhranı ilə bağlı problemləri həll etmək, partiyamızı və ölkəmizi birləşdirmək üçün düzgün plana malikdir. İndi bütün mühafizəkarların onun arxasınca getməsinin vaxtıdır”.
Boris Conson son üç il ərzində Mühafizəkarlar Partiyasının lideri kimi xidmət etməkdən, “Brexit”i həyata keçirməkdən, Avropada ən sürətli peyvəndləmə və Ukraynaya lazimi dəstək verməkdən qürur duyduğunu da qeyd edib.
Congratulations to @trussliz on her decisive win. I know she has the right plan to tackle the cost of living crisis, unite our party and continue the great work of uniting and levelling up our country. Now is the time for all Conservatives to get behind her 100 per cent.
— Boris Johnson (@BorisJohnson) September 5, 2022