Bakı 35˚C Sunny

Corc Dik: "Səfirliyin açılması Azərbaycanın suveren qərarıdır"

Siyasət 18:48 02 dek, 2021

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib

Corc Dik: "Səfirliyin açılması Azərbaycanın suveren qərarıdır"

“Səfirliyin açılması Azərbaycanın suveren qərarıdır. Düşünürəm ki, bu yolda mühüm addım atılıb”.

Qazet.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

“İyul ayının 8-i Azərbaycan öz nümayəndəliyini İsrailə göndərdi və ilk dəfə Azərbaycan bayrağı İsraildə dalğalanıb. Ümid edirik ki, bu gələcəkdə İsraildə Azərbaycan səfirliyinin açılmasına gətirib çıxaracaq”, - səfir bildirib.

Corc Dik Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlıq edildiyinə toxunub. 

“Siyasi sahədə 30 illik inkişaf yolu keçmişik. Hər iki ölkə arasında daha sıx səfərlər təşkil ediləcək. Keçən ay İnam Kərimov iş adamları ilə birgə İsrailə səfər edib. Biz istərdik ki, bu cür səfərlər daha çox olsun. Biz beş sahədə əməkdaşlıq edirik: su idarəsi, kənd təsərrüfatı, səhiyyə, smart tv və təhlükəsizlik. Son zamanlar isə daha bir sahə əlavə etmişik - yaşıl energetika. Biz istəyirik ki, bu cür münasibətlər digər sahələrdə də qurulsun”.