Bakı 21˚C Windy

Çörək bahalaşacaq? - Azərbaycanın idxal etdiyi buğdanın qiyməti kəskin artıb

Biznes 17:24 21 dek, 2021

Buğda idxalının miqdarı çox yüksək olmasa da alınan buğdanın dəyəri çox yüksək olub

Çörək bahalaşacaq?<span style="color:red"> - Azərbaycanın idxal etdiyi buğdanın qiyməti kəskin artıb</span>

Bu il Azərbaycana idxal edilən buğdanın miqdarı 1 milyon tonu ötüb.
Qazet.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində 287,6 milyon dollar dəyərində 1,017 milyon ton buğda idxal edilib. İdxal edilən buğdanın bir tonu 282,8 dollar təşkil edib.
Xatırladaq ki, buğda idxalı ötən ilin eyni dövründə 1,255 milyon ton (tonu 209 dollar), 2019-cu ilin yanvar-noyabr ayları ərzində 1,488 milyon ton (tonu 215 dollar), 2018-ci ildə 992,3 min ton (tonu 189 dollar) olub.

Müqayisə göstərir ki, bu il buğda idxalının miqdarı çox yüksək olmasa da alınan buğdanın dəyəri çox yüksək olub. Cari ildə idxal qiyməti 35,4 faiz artıb.