Bakı 3˚C Intermittent clouds

“Covaxin”in “delta” ştammına qarşı təsir gücü açıqlandı

Gündəm 07:13 05 noy, 2021

Qeyd edək ki, “Covaxin” ÜST tərəfindən təcili istifadə üçün tövsiyə edilən səkkizinci vaksindir. 

“Covaxin”in “delta” ştammına qarşı təsir gücü açıqlandı

Hindistanın “Covaxin” peyvəndi koronavirusun “delta” ştammına qarşı 68% təsirlidir.

“Qazet.az” xarici mediaya isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan brifinq zamanı deyib. Onun sözlərinə görə, peyvəndin ümumi təsir gücü 78%-dir. “Peyvənd sınaqlarında “delta” ştammı ilə yoluxmuş insanlar da iştirak etdilər. Məlum oldu ki, “delta” variantına qarşı dərmanın yüksək təsiri var (68%)”, - deyə Svaminatan bildirib. 

Qeyd edək ki, “Covaxin” ÜST tərəfindən təcili istifadə üçün tövsiyə edilən səkkizinci vaksindir.