COVID-19-a yoluxan şagirdlərin sayı məlum olub
Cəmiyyət
18:15 24 yan, 2022
Bu barədə Təhsil Nazirliyindən bildirilib

Yanvarın 23-nə olan məlumata görə ölkədə faəliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan 161 şagird koronavirusa yoluxub.
Qazet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.