Bakı 1˚C Mostly cloudy w/ showers

COVID-19 pasportunun yoxluğu yüz şəxsi toy üzünə həsrət qoydu

Hadisə 17:53 19 noy, 2021

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib

COVID-19 pasportunun yoxluğu yüz şəxsi toy üzünə həsrət qoydu

Noyabrın 18-də Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqi aparılıb.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Belə ki, toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə beş nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.