Bakı 7˚C Sunny

Covid-19-un iki yeni variantı aşkar edildi

Cəmiyyət 22:37 28 okt, 2022
Covid-19-un iki yeni variantı aşkar edildi

Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.

Qazet.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda, “Omicron” variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.

Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adlarının verildiyi bildirilib.

UKHSA rəsmisi Mira Çand, ““SARS-CoV-2”nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. “BQ.1” və “XBB” variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir”, – qeyd edib.

O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.