Bakı 6˚C Dreary

Çox çay içənlərin sinir sistemi pozulur

Maraqlı 08:51 12 sen, 2022
Çox çay içənlərin sinir sistemi pozulur

Gün ərzində həddən çox çay içdikdə sinir pozulmasına, qəbizliyə, yüksək təzyiqə, baş ağrılarına, sıxıntı və yuxusuzluğa səbəb olur.

Çay revmatizm xəstəliyi olanlar üçün zərərlidir. Çayda oksalat turşusu çoxdur. Bu səbəbdən də böyrəyində qum və daş olanlar üçün məsləhət deyil.

Qazet.az xəbər verir ki, yüksək təzyiqi, qaraciyərində problemi olanlar az çay içməlidir. Çaya şəkər əlavə edərək, istifadəsi də ürək-damar xəstəliklərinə, kökəlməyə yol açır.

Ona görə də İstifadə etdiyiniz şəkərin də miqdarını azaltmalısınız. Çay dəmləyərkən azca darçın atın. Çalışın çayı açıq rəngdə için. Gündə 4 stəkandan çox çay içmək ziyandır. Səhhətinizdə başqa hər hansı problem yoxdursa, gündə 4-5 stəkan çay içmək normaldır.

Çayı heç nəsiz içə bilməyənlərə üzüm qurusu məsləhət görülür. Bir stəkan çayı iki gilə üzüm qurusu ilə içə bilərsiniz. Bu zaman daha sağlam qidalnama olacaq. Araşdırmaçılar şəkəri "boş enerji qaynağı" hesab edir.