Bakı 12˚C Sunny

Çox gülmək hansı halda öldürər? - Həkimdən cavab

Maraqlı 23:30 11 sen, 2022
Çox gülmək hansı halda öldürər?  - Həkimdən cavab

Tənəffüs yolu xəstəliklər, hipertonik kriz və ya qan damarları ilə bağlı problemlər zamanı dayanmadan gülmək krizi sağlamlıq üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.

Bu barədə rusiyalı nevroloq Pavel Kokotov xəbərdarlıq edib.

Onun sözlərinə görə, gülmək özlüyündə orqanizm üçün çox faydalıdır. Ancaq bəzi xəstəliklər zamanı yumora qulaq asmaqdan bir az çəkinmək lazımdır. Belə ki, gülüş krizi təzyiqdə kəskin bir sıçrayışa səbəb ola bilər, bu da qan damarlarına təsir göstərər. Əgər insan hipertonik xəstəliyi barədə xəbərsizdirsə gülüş xüsusilə təhlükəlidir.

“Hipertoniya böhranı zamanı pasiyentdə bir şey gülmək krizinə səbəb olarsa, bu, ölüm riskinin artırar. Çünki gülüş təzyiqin bir neçə bənd də qalxmasına səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.

Bundan başqa həkim yemək yeyərkən gülməməyi tövsiyə edib:

“Tənəffüs yollarına yad cisim girərsə, boğulma riski yüksəkdir”, - deyə o, xəbərdarlıq edib.